Sabiq hücumçu millidə çalışacaq
Ruud van Nistelrooy Niderland milli komandasında fəaliyyət göstərəcək.
90plus.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti açıqlama yayıb.
49 yaşlı mütəxəssis “narıncılar”ın baş məşqçisi Ronald Kumanın köməkçisi kimi işə təyin olunub. Van Nistelrooy 1 fevral tarixindən etibarən bu vəzifəyə başlayacaq.
Ruud van Nistelrooy daha öncə PSV, “Mançester Yunayted” və “Lester” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved