Şahruddin: “Pley-offa sevinə bilmədik”
Şahruddin Məhəmmədəliyev: “Belə böyük hesabla uduzmaq planlarımızda yox idi”.
90plus.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının liqa mərhələsində “Liverpul”la oyundan sonra yaşanan emosiyalarla bağlı fikirlərini bölüşüb.
Təcrübəli qolkiper bildirib ki, pley-offa yüksəlmələrinə baxmayaraq, İngiltərədəki məğlubiyyət sevinc hissini kölgədə qoyub:
“‘Liverpul’la qarşılaşmadan sonra pley-offa yüksəldiyimiz üçün elə də böyük sevinc hissi keçirmədik. Belə böyük hesabla məğlub olmaq planlarımıza daxil deyildi. Dünya futbolunun nəhənginə qarşı başabaş mübarizə aparmaq, sona qədər döyüşmək niyyətində idik. Təbii ki, nəticə bizi məyus etdi, lakin olan oldu.”
Şahruddin daha səmimi emosiyaları isə “Ayntraxt”la oyundan sonra yaşadıqlarını vurğulayıb:
“Əslində, ‘Ayntraxt’la oyundan sonrakı sevincimiz daha səmimi və coşğulu idi. Çünki həmin vaxt pley-off mərhələsini 99 faiz təmin etdiyimizi anlayırdıq. Tam arxayınlaşmasaq da, Liverpuldakı matçla müqayisədə daha güclü emosiyalar yaşamışdıq.”
Qeyd: Ağdam təmsilçisi Avropa Liqasının liqa mərhələsini 22-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved