"Şamaxı" "Zirə"nin futbolçusunu icarəyə götürdü
“Şamaxı” qış transfer dönəmində ilk transferini həyata keçirib.
90plus.az xəbər verir ki, bölgə klubu “Zirə”dən Ramiz Muradovu icarə əsasında heyətinə qatıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər komandada çıxış edəcək.
© Copyright 2026, All Rights Reserved