"Şamaxı"nın futbolçusu AFCON-dan geri döndü
“Şamaxı”nın legioneri Alfons Msanqa ölkəmizə geri dönüb.
90plus.az xəbər verir ki, tanzaniyalı futbolçu artıq komandası ilə birgə məşqlərə qatılıb.
Msanqa Tanzaniya yığmasının heyətində Afrika Millətlər Kubokunda iştirak etmişdi.
O, qrup mərhələsində Nigeriya (2:1), Tunis (1:1) və Uqanda (1:1) qarşılaşmalarında bütün 90 dəqiqəni meydanda keçirmişdi.
Msanqa 1/8 finalda Mərakeşlə (1:0) oyunda da iştirak edib.
© Copyright 2026, All Rights Reserved