Seneqal baş məşqçisini müdafiə etdi!
Seneqal prezidenti çempionluğu qeyd etmək üçün rəsmi istirahət günü elan etdi.
90plus.az xəbər verir ki, Seneqal prezidenti Bassiru Diomaye Faye Afrika Millətlər Kubokunda qazanılan çempionluq münasibətilə ölkədə bazar ertəsi gününün rəsmi istirahət günü olduğunu açıqlayıb.
Eyni zamanda, Seneqal Futbol Federasiyası baş məşqçi Pap Tyavın oyunçularını meydandan çıxarmasına dəstək verib. Federasiya hesab edir ki, bu addım baş verən korrupsiyaya düzgün reaksiyadır və kimsə onlara “yox” deməli idi. Sonradan komandaya meydana qayıtmaq problem yaratmayıb, çünki mesaj artıq dünyaya çatdırılıb.
Federasiya həmçinin bildirir ki, Seneqal Pap Tyavın Afrika Futbol Konfederasiyası tərəfindən cəzalandırılmasına qarşı bütün səyləri ilə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved