Seneqal millisinin üzvü rekord qırdı
İbrahim Mbaye Afrika Kubokunun tarixində ən gənc çempion oldu.
90plus.az xəbər verir ki, Seneqal milli komandasının heyətində Afrika Millətlər Kubokunun qalibi olan İbrahim Mbaye futbol tarixinə düşüb. PSJ klubunun gənc üzvü bu uğura milli komandaya ilk dəfə çağırılmasından cəmi bir neçə ay sonra nail olub.
“Stats Foot”un yaydığı məlumata görə, İbrahim Mbaye Afrika Millətlər Kubokunu qazanan ən gənc futbolçu kimi tarixə düşüb. O, turniri qazandığı zaman 17 yaş 11 aylıq olub.
Bu göstərici ilə Mbaye indiyədək rekordçu olan əfsanəvi qanalı futbolçu Abedi Peleni geridə qoyub. Abedi Pele 19 mart 1982-ci ildə Qananın Liviya üzərində final qələbəsində Afrika çempionu olmuşdu və həmin vaxt onun 17 yaş 4 ayı var idi.
Belə gənc yaşda Afrika çempionu olmaq İbrahim Mbaye üçün böyük nailiyyətdir. Gənc futbolçu artıq indidən karyerasında diqqətçəkən uğurlar siyahısına sahibdir və onun gələcəkdə daha böyük zirvələr fəth edəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved