Seneqalın baş məşqçisi diskvalifikasiya olundu
CAF Seneqal millisinin baş məşqçisinə sərt cəza kəsdi.
90plus.az xəbər verir ki, Afrika Futbol Federasiyası (CAF) Seneqal milli komandasının baş məşqçisi Pap Tyavı rəsmi olaraq diskvalifikasiya edib. Cəzanın müddəti hələ açıqlanmayıb, lakin o, 2026-cı il Dünya Çempionatını buraxa bilər.
Məlumata görə, penalti epizodundan sonra meydanı tərk edən və oyunu davam etdirməkdən imtina edən bir neçə seneqallı futbolçu da ağır sanksiyalarla üz-üzədir.
35-ci Afrika Millətlər Kubokunun finalında Seneqal əlavə vaxtda turnirin ev sahibi Mərakeşi 1:0 hesabı ilə məğlub edərək çempion olub. Görüşün 90+5-ci dəqiqəsində seneqallı Malik Diufun mərakeşli Brahim Dias-a cərimə meydançasında müdaxiləsindən sonra VAR yoxlaması aparılıb və Mərakeşin xeyrinə penalti qərarı verilib.
Penalti qərarına etiraz edən seneqallı futbolçular səbəbindən oyun uzun müddət dayanıb. Meydanı tərk edərək paltardəyişmə otağına yollanan Seneqal futbolçuları daha sonra yenidən sahəyə qayıdıblar. 90+24-cü dəqiqədə Brahim Dias “Panenka” üslubunda penaltini yerinə yetirib, lakin Edouard Mendi zərbəni dəf edib və oyun əlavə vaxta gedib.
Əlavə vaxtın 94-cü dəqiqəsində Pape Geyenın vurduğu qol Seneqala 1:0 hesablı qələbə qazandırıb. Qarşılaşmada başqa qol olmayıb və Seneqal 35-ci Afrika Millətlər Kubokunun qalibi olub.
HƏMÇİNİN OXU:
© Copyright 2026, All Rights Reserved