Seneqala filan üçün 1 qol bəs etdi - Misir evinə qayıdır
Afrika Millətlər Kubokunun yarımfinalında Seneqal Misir üzərində 1:0 hesablı qələbə qazanaraq finala yüksəldi.
90plus.az xəbər verir ki, İbn Batuta Stadionunda keçirilən oyunda ilk yarı 0:0 bərabərliklə başa çatdı. İkinci yarıda isə Seneqalın ulduz futbolçusu Sadyo Mané 78-ci dəqiqədə vurduğu qolla komandasına finala vəsiqə qazandırdı.
Seneqalın finaldakı rəqibi isə Mərakeş və Nigeriya qarşılaşmasının qalibi olacaq. Sadyo Manénin qolu ilə Seneqal komandası qitənin ən mötəbər turnirində növbəti uğuruna doğru addım atıb.
Seneqalın qoluna bu cümləyə klik edərək keçid edə bilərsiniz
© Copyright 2026, All Rights Reserved