Ali Koç “Fənərbağça”nın prezidenti oldu!
"Fənərbağça” prezidenti vəzifəsinə bugünkü səsvermə nəticəsində Ali Koç seçildi.
90plus.az xəbər verir ki, Aziz Yıldırım və Ali Koç arasındakı rəqabətdən ikinci qalib ayrılıb:
2868 səs: Ali Koç
1802 səs: Aziz Yıldırım
Bununla da Ali Koç 3-cü dəfə yenidən prezident seçilib. Seçkinin nəticəsi açıqlandıqdan sonra hər
iki namizəd birlikdə tribunaya çıxaraq azarkeşləri
salamlayıb.
Seçkidə 27 minə yaxın üzv səs verib.
Kürsüdə çıxış edən Aziz Yıldırım, "Mən və dostlarım üzərinə düşən vəzifəni yerinə yetirdik. Ümid edirəm ki, cənab Ali Koç və dostları bu il "Fənərbaxça"nı çempion edəcəklər. Biz də əlimizdən gələn dəstəyi verəcəyik" deyib.
© Copyright 2026, All Rights Reserved