“Sumqayıt” böyük hesabla uduzdu
Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt” növbəti sınaq matçına çıxıb.
90plus.az xəbər verir ki, "Gənclik şəhəri”nin təmsilçisi Serbiyanın OFK (Belqrad) komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Sumqayıt klubunun məğlubiyyəti ilə yekunlaşıb — 1:4. Azərbaycan təmsilçisinin yeganə qoluna oyunun 4-cü dəqiqəsində Aleksandr Ramalinqom imza atıb.
Qeyd: “Sumqayıt” Antalyadakı ilk yoxlama oyununda da uğursuz nəticə ilə üzləşmişdi. Komanda Macarıstanın “Pakş” kollektivi ilə görüşdə 1:5 hesabı ilə uduzub.
© Copyright 2026, All Rights Reserved