"Sumqayıt" toplanışı məğlubiyyətlə başa vurdu
“Sumqayıt” komandası Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, Saşa İliçin çalışdırdığı kollektiv Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib. Qarşılaşma xorvatiyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd: “Sumqayıt” Türkiyədə daha iki hazırlıq matçında da iştirak edib. “Kimyaçılar” Macarıstanın “Pakş” komandası ilə 1:5, Serbiyanın OFK klubu ilə isə 1:4 hesabı ilə məğlub olublar.
© Copyright 2026, All Rights Reserved