Super Liqa klubu məşqçisini sükanda saxladı
"Trabzonspor" baş məşqçi Fatih Tekke ilə əməkdaşlığı davam etdirəcək.
90plus.az xəbər verir ki, Super Liqa klubu türkiyəli mütəxəssisin müqaviləsini uzadıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
48 yaşlı baş məşqçi ilə 2029-cu ilin 30 iyununa qədər yeni sözləşmə imzalanıb.
Fatih Tekke 2025-ci ilin 11 mart tarixində "Trabzonspor"un baş məşqçisi təyin olunub. Komandası Türkiyə çempionatında 118 turdan sonra 38 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved