TƏCİLİ: Xabi Alonso “Real”dan getdi!
SON DƏQİQƏ! Xabi Alonso dövrü “Real Madrid”də rəsmi olaraq başa çatdı — Alvaro Arbeloa baş məşqçi təyin olundu!
90plus.az xəbər verir ki, “Real Madrid” Xabi Alonso ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun rəsmi məlumatına görə, ispan mütəxəssislə əməkdaşlıq başa çatıb və onu dərhal Alvaro Arbeloa əvəzləyib.
Xabi Alonsonun “Real Madrid”də göstəriciləri:
• 22 qələbə
• 4 heç-heçə
• 5 məğlubiyyət
Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”a rəhbərlik edirdi. Madrid klubu onun dövründə yanvarın 11-də keçirilən İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.
Klubun rəsmi açıqlaması:
“Xabi Alonso hər zaman ‘Real’ azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. O, klubumuzun əfsanəsi olaraq daim ‘Real’ın dəyərlərini təcəssüm etdirib. Klub onun üçün hər zaman ev olaraq qalacaq. ‘Real’ Xabi Alonsoya və onun məşqçilər heyətinə bu müddətdə göstərdikləri əməyə və sədaqətə görə təşəkkür edir və onlara karyeralarının yeni mərhələsində uğurlar arzulayır”.
Yeni baş məşqçi: Alvaro Arbeloa
Klub rəhbərliyi Xabi Alonsonun gedişindən dərhal sonra Alvaro Arbeloanı əsas komandanın baş məşqçisi təyin edib.
Ayrılığın səbəbi - pepealvarezzz yazır:
Xabi Alonso “Real Madrid”dən ayrılmaq qərarını öz istəyi ilə verib. Bildirilir ki, baş məşqçi paltardəyişmə otağında artan eqolar, hörmətsizlik halları və bu həftə daha da kəskinləşən gərginlik səbəbindən ciddi şəkildə yorulub.
Bundan əlavə, Alonso son aylarda klub rəhbərliyi tərəfindən yetərli dəstək görmədiyini düşünürdü.
© Copyright 2026, All Rights Reserved