Ter Ştegen Kataloniyada klub dəyişir
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunu dəyişməyə hazırlaşır.
90plus.az xəbər verir ki, almaniyalı qolkiperin "Jirona"ya keçidi artıq həll olunub. Bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Artıq iki klub arasında şifahi razılaşma əldə edilib. 33 yaşlı qapıçı mövsümün ikinci yarısını icarə əsasında "Jirona"da keçirəcək.
Mark-Andre ter Ştegen 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından "Barselona"ya transfer olunub. Kapitan bu mövsüm Kataloniya klubunun heyətində yalnız 1 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved