"Turan Tovuz" bu futbolçu ilə sağollaşdı
"Turan Tovuz" klubu futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.
90plus.az xəbər verir ki, bölgə təmsilçisi bunu rəsmi açıqlama ilə təsdiqləyib.
Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İcarə ilə komandada çıxış edən Abdulla Rzayev, müqavilə hüququ olduğu “Sabah” klubuna geri dönüb.
© Copyright 2026, All Rights Reserved