Türkiyə Superkuboku, FİNAL: "Qalatasaray" - "Fənərbağça"
Türkiyə Superkubokun yarımfinal mərhələsində “Fənərbağça” ilə “Samsunspor” qarşı-qarşıya gəlib. Ara transfer dövründə heyətə qatılan Entoni Musabanın 2 məhsuldar ötürmə ilə diqqət çəkdiyi görüşdə “Fənərbağça” rəqibini 2:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, 4 komandanın iştirakı ilə yeni formatda keçirilən “Turkcell Super Kubok”da ikinci yarımfinal oyununda “Fənərbağça” və “Samsunspor” üz-üzə gəlib. İstanbul təmsilçisinin yeni transferi Musaba ilk oyununda start heyətində meydana çıxıb və göstərdiyi performansla görüşün əsas fiquruna çevrilib.
Entoni Musaba keçmiş komandası olan “Samsunspor”a qarşı oynadığı ilk matçda 2 assist edərək qələbədə mühüm rol oynayıb. Qarşılaşmanı 2:0 hesabı ilə qazanan “Fənərbağça” finalda “Qalatasaray”ın rəqibi olub:
Fənərbağça 2 - 0 Samsunspor
K. Aktürkoğlu 4’
C.Duran 67'
Matçda vurulan qollara keçid etmək üçün cümləyə klik edə bilərsiniz
© Copyright 2026, All Rights Reserved