Ülvi Babayev “Dinamo Moskva”da qaldı
Rəsmi: Ülvi Babayev “Dinamo Moskva”da qalır!
90plus.az xəbər verir ki, yeni anlaşmaya əsasən, gənc futbolçu 2029-cu ilin yayına qədər “ağ-göylər”in formasını geyinəcək. Müqavilədə 2030-cu ilin yayına qədər uzatma bəndi də yer alır.
Ximkidə doğulan Ülvi 10 yaşından etibarən “Dinamo” Akademiyasında yetişib, “Dinamo-2”də liderlərdən biri olub və 2023-cü ildə əsas komandada debüt edib.
Ötən mövsümü icarə əsasında “Krılya Sovetov”da keçirən hücumçu, cari mövsümün ilk yarısında 15 oyunda 5 qolla yadda qalıb
Babayev həmçinin Rusiya U-21 millisində keçirdiyi 3 oyunda 3 qol vurmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved