Xabi Alonso bu klubdan başqa heç yerə getmək istəmir
Xabi Alonso gələcəyi ilə bağlı qərarını verdi.
90plus.az xəbər verir ki, Xabi Alonso “Real Madrid”dən gözlənilməz şəkildə qovulduqdan sonra məşqçilik karyerasında qısa fasilə vermək qərarına gəlib. Marca nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis bir müddət futbolun diqqət mərkəzindən uzaq qalaraq ailəsi ilə vaxt keçirmək istəyir.
Bildirilir ki, Alonso yalnız bir halda mövqeyini dəyişə bilər. Əgər “Liverpul” onunla maraqlansa, bu təklifə müsbət yanaşa bilər. Mənbələrin sözlərinə görə, “Liverpul” Alonso üçün xüsusi əhəmiyyət daşıyır və o, məhz bu klubu çalışdırmaq istəyir. Başqa variantlar hazırda gündəmdə deyil.
Xabi Alonso futbolçu karyerası dövründə “Liverpul”un formasını geyinib və klubla birlikdə UEFA Çempionlar Liqasının qalibi olub. Daha sonra o, karyerasını “Real Madrid”də davam etdirib.
Bununla belə, Alonsonun “Liverpul” arzusu hələlik reallaşmaya bilər. Çünki klub rəhbərliyi hazırda baş məşqçi Arne Slota tam etimad göstərir və yaxın zamanda dəyişiklik planlaşdırılmır.
© Copyright 2026, All Rights Reserved