“Zirə” rumın klubu ilə başabaş oynadı
Türkiyənin Antalya şəhərində hazırlıq prosesini davam etdirən “Zirə” qış təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb.
90plus.az xəbər verir ki, Bakı klubu Rumıniyanın “Çiksereda” kollektivi ilə qarşılaşıb. Altı qolun qeydə alındığı görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
"Zirə”nin qolları:
Namik Ələskərov 10'
Rövlan Muradov 17' 45'
Xatırlatma: Paytaxt təmsilçisi Premyer Liqada qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. “Çiksereda” isə Rumıniya Superliqasında 16 xalla 14-cü mövqedə qərarlaşıb.
Qeyd: “Zirə” Antalyadakı toplanış zamanı yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” komandaları ilə də yoxlama oyunları keçirəcək.
© Copyright 2026, All Rights Reserved