14 yaşlı Əhmədov Maqnus Karlseni uddu
14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində keçmiş dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlseni məğlub edib.
90plus.az xəbər verir ki, Əhmədov və Karlsen yarışın ikinci raundunda üz-üzə gəliblər.
2368 reytinq xalı olan gənc şahmatçı ağ fiqurlarla oynayaraq norveçli qrossmeysteri üstələyib.
Qeyd: Maqnus Karlsen 2013–2023-cü illər arasında şahmat üzrə dünya çempionu olub, lakin sonradan bu titulu könüllü şəkildə tərk edib. Hazırda 2831 reytinq xalı ilə dünya reytinqinin lideridir.
© Copyright 2026, All Rights Reserved