Kivu “İnter”də qalası oldu
“İnter” Kivu ilə davam edir – yeni müqavilə gündəmdə!
90plus.az xəbər verir ki, “İnter”in prezidenti Beppe Marotta komandanın baş məşqçisi Kristian Kivu ilə bağlı gələcək planlara aydınlıq gətirib.
Klub rəhbəri bildirib ki, rumıniyalı mütəxəssis növbəti mövsümdə də komandada qalacaq və tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edəcək:
“Aydındır ki, o qalır, yenə bizimlə olacaq. Kivu Avropada yetişən ən yaxşı gənc məşqçilərdən biridir”.
Uğurlu başlanğıc
Ötən mövsüm Simone İnzaqini əvəzləyən Kivunun təyinatı əvvəlcə sürpriz kimi qarşılanmışdı. Lakin 45 yaşlı mütəxəssis qısa zamanda etimadı doğruldub və komandanı yüksək nəticələrə daşıyıb.
Onun rəhbərliyi altında “İnter” A Seriyasında turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Napoli”ni 9 xal qabaqlayır.
Komanda həmçinin İtaliya Kubokunda yarımfinala yüksəlib və “Komo” ilə qarşılaşacaq. Milan təmsilçisi mövsümü “dubl”la başa vurmaq şansını qoruyur.
Marotta Kivu barədə fikirlərini belə ifadə edib:
“Onun yeganə çatışmazlığı təcrübə idi. İndi isə bunu həftə-həftə qazanır. Digər bütün tərəflər son dərəcə müsbətdir”.
Avropa hədəfləri
Klub prezidenti Çempionlar Liqasındakı çıxışa da toxunub. O, finala yüksəlməyin böyük uğur olduğunu, lakin ötən mövsümün məyusluğunun hələ də yadda qaldığını bildirib.
“İndi əsas hədəf yeni bir uğur hekayəsi yazmaqdır. Biz diqqətimizi buna yönəltməliyik”.
A Seriyada dəyişiklik təklifi
Marotta həmçinin A Seriyasının formatı ilə bağlı fikirlərini bölüşüb və liqada komanda sayının 20-dən 18-ə endirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
© Copyright 2026, All Rights Reserved