3 güləşçimiz Dünya birincisidir

Dünya Güləş Birliyi güləşçilərin yenilənmiş reytinq siyahısını açıqlayıb.
90plus.az xəbər verir ki, Azərbaycanın üç güləşçisi öz çəki dərəcəsində lider mövqeyində yer alıb.
Yunan-Roma güləşi üzrə təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) birinci yeri tutublar. Hər üç idmançımız qeyri-olimpiya çəkiləri üzrə son dünya çempionatında qızıl medal qazanıb. Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq) üçüncü, Qurban Qurbanov (82 kq) isə dördüncü sırada yer alır.
Sərbəst güləşçilər arasında isə ən yüksək nəticəyə Maqomedxan Maqomedov (97 kq) nail olub. Paris-2024 Olimpiya Oyunlarının bürünc medalçısı dördüncü pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved