AÇ-nın püşkləri atıldı: Türkiyə Portuqaliya eyni qrupda
Basketbol üzrə Avropa çempionatı-2025-in final mərhələsinin qrupları müəyyənləşib.
90plus.az xəbər verir ki, Türkiyə yığması A qrupunda yer alıb.
"Ay-ulduzlular" Serbiya, Çexiya, Latviya, Portuqaliya və Estoniya kimi güclü komandalarla qarşılaşacaq. Qaydalara əsasən, hər qrupda 6 komanda mübarizə aparacaq və ilk dörd yerin sahibləri pley-off mərhələsinə yüksələcəklər.
Qrup oyunları Kipr, Finlandiya, Polşa və Latviyada keçiriləcək. Final qarşılaşmalarına isə Riqa şəhəri evsahibliyi edəcək.
A qrupu: Serbiya, Çexiya, Latviya, Türkiyə, Portuqaliya, Estoniya (Latviya).
B qrupu: Almaniya, Litva, Finlandiya, Monteneqro, İsveç, Böyük Britaniya (Finlandiya).
C qrupu: Yunanıstan, İspaniya, İtaliya, Gürcüstan, Kipr, Bosniya və Herseqovina (Kipr).
D qrupu: Fransa, Sloveniya, Polşa, İsrail, Belçika, İslandiya (Polşa).
© Copyright 2026, All Rights Reserved