AFFA-nın Sabiq baş katibi dünyasını dəyişdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında dünyasını dəyişib.
90plus.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial media hesabında paylaşım edib.
"Futbol veteranı Çingiz İsmayılov bu gün vəfat etdi. Aprelin 12-də 90 illik yubileyini qeyd etməli idi", – jurnalist bildirib.
Qeyd: daha əvvəl İsmayılovun pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.
Xatırlatma: Ç. İsmayılov 1935-ci ildə Bakıda anadan olub. O, 1955-1962-ci illərdə "Neftçi" klubunun heyətində çıxış edib. Bundan başqa, Bakının və Gəncənin "Dinamo" komandalarında, eləcə də "Neft Daşları" kollektivində top qovub. 1994-cü ildə AFFA-nın baş katibi vəzifəsinə seçilib və 9 il bu postda fəaliyyət göstərib.
O, 2022-ci ildə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
© Copyright 2025, All Rights Reserved