ATP Masters: 19 yaşlı Mensik Cokoviçi udub çempion oldu
Çexiyalı tennisçi təcrübəli rəqibinə qalib gəldi.
90plus.az xəbər verir ki, ABŞ-ın Mayami şəhərində keçirilən ATP Masters 1000 seriyalı çempionatın finalında serb Novak Cokoviçi 2-0 məğlub edən 19 yaşlı çexiyalı tennisçi Yakup Mensik çempion oldu.
Mübarizə 4-cü seriyabaşı Novak Cokoviç ilə Yakup Mensik arasında baş tutdu. 2 saat 3 dəqiqə davam edən həyəcanlı və çətin oyunda Mensik Cokoviçi 7-6 və 7-6-lıq setlərlə 2-0 məğlub edərək ilk dəfə ATP Masters 1000 yarışında çempion oldu.
Novak Cokoviç isə ATP 1000 Masters yarışlarında finala çıxan ən yaşlı tennisçi olaraq tarixə düşdü.
© Copyright 2026, All Rights Reserved