Avstraliya Tennis Turniri: Cokoviç diskvalifikasiya olundu
Mövsümün ilk tennis yarışı olan Avstraliya Açıq Çempionatında kişilər arasında yarımfinalda alman tennisçi Aleskander Zverevin bəxti gətirib və finala çıxıb.
90plus.az xəbər verir ki, Zverevin rəqibi serb Novak Cokoviç ilk setin ardından zədə alır və oyuna davam edə bilmir deyə alman tennisçi finala qalır.
COKOVİÇ İKİNCİ SETƏ ÇIXA BİLMƏDİ
Zverev Serb raketka ustasına qarşı 1 saat 21 dəqiqə davam edən ilk seti 7-6 hesabı ilə qazandı. Cokoviç isə sol ayağındakı zədə səbəbindən matçda ikinci setə çıxa bilmədi və alman tennisçi finala yüksəldi.
ZVEREV RƏQİBİNİ GÖZLƏYİR
Digər yarım final matçında isə bu gün kişilər arasında dünya 1-nömrəsi və Avstraliya Açığın son çempionu olan İtalyan Yannik Sinner, ABŞ-li Ben Şelton (21) ilə qarşılaşacaq. Matçı qazanan tərəf finalda Zverevin rəqibi olacaq.
© Copyright 2026, All Rights Reserved