"Beşiktaş" "Volfsburq"un futbolçusunu transfer etdi - RƏSMİ
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının nəhəng klublarından olan "Beşiktaş" Çexiyalı futbolçu Vaclav Çerni ilə 3+1 illik rəsmi müqavilə imzaladığını açıqlayıb. Futbolçu İstanbul təmsilçisində 81 nömrəli formanı daşıyacaq.
Klubun rəsmi açıqlamasında bildirilib:
“Peşəkar futbolçu Vaçlav Çerni ilə ‘VfL Volfsburq’ klubu arasında yekun transfer razılaşması əldə olunub və oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.”
Vaclav Çerniyə şanlı formamızla böyük uğurlar arzu edir, bu xəbəri ictimaiyyətin diqqətinə çatdırırıq.”
27 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Almaniyanın "VfL Volfsburq" klubunda forma geyinirdi. Onun "Beşiktaş"a transferi ilə qara-ağlılar hücum xəttini daha da gücləndirməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved