"Fənər"in 20 milyonluq hücumçusuna Premyer Liqadan "elçi var"

"Vest Hem" "Fənərbağça"nın hücumçusu En-Nesirini transfer etmək istəyir
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem" "Fənərbağça" klubunun mərakeşli hücumçusu Yussef En-Nesirini transfer etmək niyyətindədir. İngilis klubunun baş məşqçisi Xulen Lopeteqi daha əvvəl "Sevilya" klubunda birlikdə çalışdığı En-Nesirini komandasında görmək istəyir.
"Fənərbağça" 2024-cü ilin yay transfer dövründə En-Nesirini "Sevilya" klubundan 20 milyon avroya transfer edib. 27 yaşlı hücumçu Türkiyə Super Liqasında parlaq çıxışı ilə diqqət çəkir. O, "Fənərbağça" formasında keçirdiyi 40 oyunda 26 qol vurub və 5 qol ötürməsi edib.
"Vest Hem" hava toplarında güclü, yüksək qol vurmaq bacarığına malik və hərəkətli bir hücumçu axtardığı üçün En-Nesirini transfer siyahısının başına yerləşdirib. Lakin "Fənərbağça" komandadakı ən vacib oyunçularından birini itirmək istəmir və mümkün transfer üçün yüksək məbləğ tələb edəcəyi bildirilir.
Qeyd: En-Nesiri daha əvvəl də "Vest Hem"in təkliflərini rədd edib.
© Copyright 2025, All Rights Reserved