Formula-1, tarixi an: Hemilton "Ferrari"ni seçdi
Formula-1 dünyasında tarixi bir dövr başlayır. Formula-1-in əfsanəvi pilotlarından Luis Hemiltonun "Ferrari"dəki ilk günü sosial mediada sürətlə yayıldı.
90plus.az xəbər verir ki, "Mersedes" ilə uzun və uğurlu bir dövrü geridə qoyan Hemilton, yeni komandasına qoşularaq tamamilə yeni bir səhifə açdı. Maranellodakı "Ferrari" mərkəzinə rəsmi olaraq ilk dəfə adım atan çempion pilot, bu tarixi anı komanda geyimi ilə çox açıq bir şəkildə qeyd etdi.
Hemilton: "Ferrari"ni yenidən zirvəyə qaldırmaq istəyirəm"
Hemiltone əvvəlki açıqlamalarında "Ferrari" ilə işləməyin özü üçün böyük bir şərəf olduğunu bildirmişdi:
"Bu, uzun zamandır xəyal etdiyim bir fürsətdir. "Ferrari" tarixinin bir parçası olmaq və bu əfsanəvi komandanı yenidən zirvəyə qaldırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm."
Formula-1-də qaydalar yenidən yazılır:
Şarl Lekler ilə komanda yoldaşı olacaq Hemiltonun gəlişi "Ferrari"nin strateji bir hərəkatı olaraq qiymətləndirilir. 2025 mövsümündə çempionluq hədəflərini yüksək tutan "Ferrari" Hemiltonuın təcrübəsi və liderlik keyfiyyətləri ilə Formula-1-dəki tarazlıqları dəyişdirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved