"Mançester Yunayted" ispan hücumçuya "maraq saldı"
İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi hədəfləyir.
90plus.az xəbər verir ki, Premyer Liqanın nəhəng klubu "Portu"nun hücumçusu Samu Aqehovanı transfer etmək istəyir.
"Mançester Yunayted" ispaniyalı forvardı yay transfer pəncərəsində heyətinə qatmağa çalışacaq. "Qırmızı şeytanlar" 20 yaşlı hücumçunun müqaviləsində göstərilən 100 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Xatırlatma: "Portu" Samu Aqehovanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü olan gənc oyunçu "əjdahalar"ın heyətində çıxdığı 33 rəsmi qarşılaşmada 20 qol vurub və 3 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved