Məşhur boksçu karyerasını yekunlaşdırdı
Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, bu barədə idmançı öz sosial şəbəkələrində paylaşım edib.
Qeyd: Taysonu Fyuri son iki döyüşünü WBC, WBA və WBO titulların hazırkı sahibi ukraynalı Aleksandr Usikə qarşı keçirib. O, hər iki döyüşdə məğlubiyyətlə üzləşib. Fyuri əvvəlcə 2024-cü ilin mayında 12 raunddan sonra qələbəni əldən verib. Daha sonra həmin ilin dekabr ayında revanş döyüşündə məğlub olub.
© Copyright 2026, All Rights Reserved