Ən çox pul qazananların adları
Portuqaliyalı ulduz Kristiano Ronaldo 2024-cü ildə ən çox gəlir əldə edən idmançı olub.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu ötən il 260 milyon dollar qazanıb. 2-ci pilləni basketbolçu Stefen Köri (153,8 milyon), 3-cü yeri isə boksçu Tayson Fyuri (147 milyon) tutub.
İlk "10-luq"da 5 futbolçu, 2 basketbolçu, 2 boksçu və bir qolfçu yer alıblar:
1. Kristiano Ronaldo (futbol) - 260 milyon dollar
2. Stefen Köri (basketbol) - 153,8 milyon
3. Tayson Fyuri (boks) - 147 milyon
4. Lionel Messi (futbol) - 135 milyon
5. LeBron Ceyms (basketbol) - 133,2 milyon
6. Neymar (futbol) - 133 milyon
7. Oleksandr Usik (boks) - 122 milyon
8. Karim Benzema (futbol) - 116 milyon
9. Kilian Mbappe (futbol) - 110 milyon
10. Con Rahm (qolf) - 105,8 milyon
📰: Sportico
© Copyright 2026, All Rights Reserved