top of page

Avropa Liqası: Püşklər atıldı!


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.


90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.


UEFA Avropa Liqası1/4 final mərhələsi


"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)


"Bayer" (Almaniya) - "Union" (Belçika)


"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)


Püşkatma nəticəsində, həmçinin, yarımfinal cütlükləri və final matçının nominal meydan sahibləri müəyyənləşib.


Yarımfinal


1. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) / "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)2. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) / "Bayer" (Almaniya) - "Union" (Belçika)


Final:


1-ci cütün qalibi - 2-ci cütün qalibi


Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

0 comments
bottom of page