top of page

Azarkeş DÇ-2022 oyunlarına görə iflic oldu

Çində Çao adlı futbol azarkeşi Qətərdə keçirilən dünya çempionatının oyunlarını fasiləsiz izlədiyi üçün iflic olub.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, mundialın heç bir matçını qaçırmaq istəməməsi 26 yaşlı fanata baha başa gəlib.


İddiaya görə, o, qrup mərhələsinin görüşlərini gündə cəmi 2 saat yataraq izləyib. Çünki Çində qarşılaşmalar yerli vaxtla 18:00 - 06:00 saatları arasında başlayır. Çao oyunlara baxdıqdan sonra hər səhər saat 08:00-da işə gedirmiş.


Bir müddət sonra səhhətinin pisləşdiyini görən azarkeş həkimə müraciət edib və ona üz iflici diaqnozu qoyulub.


Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.



0 comments
bottom of page