top of page

Azərbaycanlı dünya və olimpiya çempionu dopinqə görə cəzalandı

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı ildə dopinq-testə görə verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinir.


"90plus.az"ın məlumatına görə, belə bir ittihamı Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) irəli sürüb. 28 yaşlı idmançı araşdırma müddətində yarışlardan kənarlaşdırılıb.


Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.


Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

0 comments
bottom of page