top of page

Boksçumuz erməni rəqibini uddu!


Azərbaycanlı boksçu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda Avropa çempionatında mübarizəyə qələbə ilə start verib.


90plus.az xəbər verir ki, o, 1/8 finalda Ermənistan idmançısı Lusine Gevorqyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb.


Anaxanım aprelin 23-ü 1/4 finalda Bolqarıstan boksçusu Sevda Yuliyanova ilə qarşılaşacaq.


Qeyd: Dünən Avropa çempionatında Azərbaycan millisinin 3 kişi üzvü də növbəti mərhələyə adlayıb.

Nəbi İsgəndərov (67 kq), Malik Həsənov (63,5 kq) və

Sərxan Əliyev (71 kq).


0 comments
bottom of page