top of page

Bu gün Türkiyədə "Neftçi" və "Sumqayıt"ın oyunları var



Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Sumqayıt" komandaları bu gün ikinci yoxlama oyunlarını keçirəcəklər.


90plus.az xəbər verir ki, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gələcək.

"Gənclik şəhəri" təmsilçisi isə Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2. "Sumqayıt" isə Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.



0 comments
bottom of page