top of page

Dembele: "Argentinalılar çox aqressiv oynayırlar"

Fransa millisinin futbolçusu Osman Dembele DÇ-2022-nin Argentina ilə keçiriləcək final matçı barədə fikirlərini bölüşüb.


90plus.az GFFN-ə istinadən xəbər verir ki, o, Cənubi Amerika təmsilçisinin aqressiv oynadığını bildirib:


“Argentinalılar çox aqressiv oynayırlar. Məncə, bunu pis niyyətlə etmirlər. Futbolda aqressiv olmalısan. Lakin biz də onlara cavab verməyə hazırıq. Mübarizə aparacağıq. Ümid edirik ki, yaxşı oyun keçirəcəyik. Düşünürəm ki, bu, əla matç olacaq”.


Fransa millisi DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.



0 comments
bottom of page