top of page

"Dinamo" - "Aris" matçında dava düşdü

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Ukrayna) - "Aris" (Yunanıstan) cavab oyunundan sonra futbolçular arasında dava düşüb.


90plus.az xəbər verir ki, hadisə Kiyev təmsilçisinin qapıçısı Georgi Buşan final fitindən sonra rəqib azarkeşlərin yer aldığı tribunaya yaxınlaşaraq təxribat xarakterli jestlər etməsi ilə başlayıb. Bunun ardından isə "Aris"in oyunçuları rəqib futbolçular tərəfə qaçıblar və nəticədə dava düşüb.


Qeyd edək ki, ilk matçda "Aris" qalib gəlsə də (0:1), cavab oyununda "Dinamo" qələbə qazanıb (2:1). Ukrayna klubu penaltilər seriyasında daha dəqiq davranaraq növbəti mərhələyə adlayıb.



0 comments
bottom of page