top of page

FİFA Almaniya millisinə görə federasiyanı cərimələdi

FİFA DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kosta Rika ilə matç öncəsi Almaniya Futbol Federasiyasını cərimələyib.


90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. FİFA-nın belə qərar verməsinə səbəb isə millinin DÇ-2022-nin 2-ci turunda İspaniya ilə görüşdən (1:1) əvvəl mətbuat konfransına futbolçu gətirməməsi olub.


Federasiya bu səbəbdən təxminən 10 min avri cərimələnib.


Qeyd edək ki, millinin baş məşqçisi Hans Diter-Flik məşq etdikləri yerlə media mərkəzi arasında məsafənin uzaq olması səbəbindən konfransa futbolu gətirmədiyini bildirmişdi.


Qeyd edək ki, bu gün keçiriləcək Almaniya – Kosta Rika oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



0 comments
bottom of page