top of page

FIFA-dan növbəti YENİLİK

FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində oyunsonrası penaltilər seriyası tətbiq etməyi planlaşdırır.


90plus.az "The Athletic"ə istinadən xəbər verir, əsas vaxtda heç-heçə qeydə alınarsa, 11 metrlik cərimə zərbələrindən istifadə olunacaq. Bunun nəticələrinə əsasən, qalib komandaya əlavə bonus xalı veriləcək.


Qeyd edək ki, 2026-cı il mundialı iyunun 8-dən iyulun 3-dək Kanada, ABŞ və Meksikada keçiriləcək. İlk dəfə dünya çempionatında 32 yox, 48 komanda mübarizə aparacaq. Ölkələr hər biri 3 kollektivdən ibarət 16 qrupda yarışacaqlar.


Kanada, Meksika və ABŞ ev sahibi ölkələr kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazanıblar.



0 comments
bottom of page