top of page

Hacı Əliyev: “Mən olimpiadaya çempion olmağa gedirəm”


5-7 aprel tarixlərində Bakıda güləş üzrə Olimpiya təsnifat turniri baş tutacaq.


90plus.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda 14 güləşçimiz döyüşəcək. Onların arasında olimpiadanın gümüş və bürünc mükafatçısı Hacı Əliyev və ikiqat gümüş və ikiqat bürünc medalçı Mariya Stadnik də var.


Hacı Əliyev: "Olimpiya təsnifat turnirinə hazırlığımı orta dərəcədə dəyərləndirirəm. Mən olimpiadaya iştirak etməyə yox, çempion olmağa gedirəm. Ondan sonra artıq karyeram barədə də qərar verəcəm".


Yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Aprelin 5-də 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.

İlk dəfə ölkəmizdə keçiriləcək yarış İctimai TV ilə canlı yayımlanacaq.


Bu yarışa biletlər “İtickets” vasitəsi ilə satışa çıxarılacaq.


Mənbə: CBC Sport

0 comments
bottom of page