top of page

Hamşik: “Azərbaycana borcumuzu qaytarmalıyıq”


Slovakiya millisinin kapitanı Marek Hamşik UEFA Mİllətlər Liqasının püşkatmasını dəyərləndirərək Azərbaycan millisindən də danışıb.


90plus.az xəbər verir ki, yaxşı qrups düşdüklərini deyən 36 yaşlı yarımmüdafiəçi Azərbaycana uduzduqları oyunu (1:2) unutmadığını bildirib:


"Bu, mütləq çıxa biləcəyiniz bir qrupdur. Fikrimcə, İsveç hazırda Rumıniyadan çətin rəqibdir. Onların oyun üslubu bizə yaxındır. Çətin olacaq. Millətlər Liqasının əvvəlki mövsümündən Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var. Estoniya qrupun autsayderi olacaq”.


Xatırlatma: Azərbaycan millisi  C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. 




0 comments
bottom of page