top of page

İddiaçılar turnirində Nicatın rəqibləri bilinib


Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb və Azərbaycan təmsilçisi Nicat Abasovun rəqibləri bəlli olub.


90plus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək.

Abasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.


Azərbaycan şahmatçısı ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.


Qeyd: İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.

0 comments
bottom of page