top of page

İngiltərə qalib gəldi, Seneqala rəqib oldu!


İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 


90plus.az xəbər verir ki, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar. 


Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb. 


1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

0 comments
bottom of page