top of page

“Komandada əhval-ruhiyyə yaxşıdır” - Millimizin kapitanı

“Komanda olaraq oyuna tam hazırıq".


90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəkləri matç barədə danışarkən deyib. O, oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib:


"Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.


Qeyd edək ki, martın 24-də “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0 comments
bottom of page