top of page

Mahir Emrelidən xəbər var

"Konyaspor"da icarə əsasında çıxış edən millimizin üzvü Mahir Emrelinin müalicəsi davam edir.


90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun Türkiyə Superliqasının 28-ci turunda "Ümraniyespor"la matç üçün iştirak ərizəsində yer alacağı bildirilib.


Qeyd edək ki, aprelin 2-i keçiriləcək "Ümraniyespor" - "Konyaspor" görüşü Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.


Xatırladaq ki, M.Emreli Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"la oyunda (2:1) yüngül zədə alıb. Bu səbəbindən o, millimizin Avro-2024-də Avstriya və İsveçlə matçlar üçün heyətindən çıxarılmışdı.

0 comments
bottom of page