top of page

Mbappe final matçı zamanı futbolçuları belə irəli səsləyib

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalında Argentinaya uduzduqları oyunun fasiləsində komanda yoldaşlarına müraciət edib.


90plus.az "RMC Sport”a istinadən xəbər verir ki, yığmada bir çox daha təcrübəli futbolçuların olmasına baxmayaraq, 24 yaşlı forvard 0:2 hesabıyla geridə olduqları zaman paltardəyişmə otağında komandanın lideri kimi oyunçuları irəli səsləyib:


“Bu, dünya çempionatıdır və bir ömür bizimlə qalacaq. Belə oynasaq, qazana bilmərik. İndi meydana qayıdırıq. Ya, axmaq kimi oynamaqlarına icazə verəcəyik, ya da mübarizə aparacağıq. Uşaqlar, geridəyik! Qayıda bilərik. 4 ildir bu anı gözləyirdik, sona qədər döyüşək!”


Xatırladaq ki, Argentinanın penaltilər seriyasında qalib gəldiyi matçda Mbappe het-trik edib və penaltilər seriyasında da hədəfdən yayınmayıb. O, 8 qolla mundialın ən yaxşı bombardiri olub.



0 comments
bottom of page