top of page

Millimizin oyunçusu Rusiya klubuna keçməyə yaxındır


İspaniyanın "Palma" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirməyə yaxındır. 90plus.az xəbər verir ki, bu barədə "Ultimahora" nəşri yazır. "Tümen" 29 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. Malyorka təmsilçisi Vilelanın gedişinə mane olmağa çalışır. Lakin Rusiya klubu transfer pəncərəsi fevralın 22-dək açıq olduğundan bu keçidi gerçəkləşdirmək üçün israrlıdır. "Tümen" Braziliya əsilli oyunçunun "Palma" ilə müqaviləni ləğv etməsi üçün lazım olan məbləği də ödəməyə hazırdır.

0 comments
bottom of page