top of page

"Mən hələ də şokdayam "


Şimali Makedoniya yığmasının kapitanı Stefan Ristovski DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında İtaliyaya qalib gəldikləri matçı (1:0) şərh edib. 90plus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi UEFA-nın saytına açıqlamasında deyib: “Mən hələ də şokdayam. Qələbə qazandığımıza görə çox sevindim. Evdə səmimi qarşılanmağı səbirsizliklə gözləyirəm. Portuqaliyaya qalib gələ bilərikmi? Təbii ki, biz qələbə qazanacağıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik və mütləq istədiyimiz nəticəni əldə edəcəyik!” Qeyd edək ki, Şimali Makedoniya pley-off mərhələsinin finalında martın 29-u Portuqaliya ilə qarşılaşacaq.

0 comments
bottom of page